Ötən yay PSJ-yə gələn Milan Şkrinyar cəmi bir il sonra Paris klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, müdafiəçi Luis Enrikenin planlarına daxil deyil. O, “Monpelye” ilə matçda heyətdə yer almayıb.
PSJ futbolçuya maraq göstərən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna "yaşıl işıq" yandırmağa hazırdır. Son qərarı futbolçu özü verməlidir.
Şkrinyarın yaxın günlərdə PSJ-dən ayrılacağı ehtimalını real hesab edən "Liqa 1"-in qalibi artıq 29 yaşlı slovakiyalıya "Benfika"dan olan 22 yaşlı Tomas Araujonu əvəzləyici tapıb.
Mirağa