Fransa Liqa 1-in ən yaxşı "11-liy"i müəyyənləşdi - FOTO

Fransa Liqa 1-in ən yaxşı "11-liy"i müəyyənləşdi - FOTO

Fransa çempionatının 2024-cü il üçün rəmzi "11-liy"i tərtib olunub.

Fanat.Az xəbər verir ki, ili yüksək səviyyədə keçirən ən yaxşı oyunçulardan ibarət komandanı sözügedən ölkənin məşhur “Lequipe” nəşri təqdim edib .

11 nəfərlik heyətə PSJ-nin 6 futbolçusu daxil edilib. Ən maraqlısı isə "11-lik"də yayda azad agent kimi Paris klubundan ayrılaraq "Real Madrid"lə müqavilə imzalayan hücumçu Kilian Mbappenin də yer almasıdır.

Fransa Liqa 1-in ən yaxşı "11-liy"i müəyyənləşdi - FOTO Qeyd edək ki, 26 yaşlı Kilian bu mövsüm "Real"ın forması ilə bütün turnirlərdə 23 matça çıxaraq 13 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm PSJ-nin heyətində fantastik çıxış edərək meydana çıxdığı 49 matçda 45 qol vurmuş, həmçinin 11 assist etmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər