Fransa klubunun baş məşqçisi istefa verdi

Fransa klubunun baş məşqçisi istefa verdi
Fransanın "Nant" klubunun baş məşqçisi Kristian Qurkyuff istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 65 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hazırda Liqa 1 təmsilçisi 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Qurkyuff 2019-cu ildən bu komandaya rəhbərlik edirdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər