Fransa klubundan ayrılan Kaştrunun yeni iş yeri bilindi - RƏSMİ

Fransa klubundan ayrılan Kaştrunun yeni iş yeri bilindi - RƏSMİ

Bir neçə gün öncə "Nant"dan istefaya göndərilən Luiş Kaştrunun yeni iş yeri bəllidir.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Qremio"nun baş məşqçisi olub.

Məlumatı klubun mətbuat xidməti yayıb. 

Braziliya təmsilçisi mütəxəssislə 2027-ci ilin sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, "Nant" bu mövsüm keçirdiyi 15 oyunda cəmi 2 qələbə qazandığı üçün Kaştru ilə əməkdaşlığa son qoyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər