Fransa klubu isveçli hücumçu üçün 11 milyon avro ödədi

Fransa klubu isveçli hücumçu üçün 11 milyon avro ödədi

Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Herenven” klubunun hücumçusu Amin Sarrı transfer edib.

21 yaşlı futbolçunun transferi üçün 11 milyon avro ödənilib. Onunla müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Sarr 2022-ci ilin yanvarından oynadığı “Herenven”də 35 oyuna 11 qol vurub. İsveçli hücumçu daha öncə “Malmö”, “Husie” və “Myallbu” kimi klubların da formasını geyinib.

Lion “Olimpik”i yarımmüdafiəçisi Jeff Ren-Adelaidi də “Trua” klubuna icarəyə verib. Fransadan olan 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi Liqa 1-in digər təmsilçisinin uğurları üçün çalışacaq. “Lans”ın yetirməsi olan Jeff Ren-Adelaid 2016-cı ildə bu klubdan London “Arsenal”ına transfer olunsa da, İngiltərə təmsilçisində forma geyinməyib. Bu üzdən də “Anje”yə icarəyə verilib. 2018-ci ildə “Anje” 1.6 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Lionlular isə 2019-cu ilin avqust ayında yarımmüdafiəçini 25 milyon avro qarşılığında heyətlərinə cəlb ediblər. Ren-Adelaid bu komandada meydana çıxdığı 48 oyunda 2 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər