Fransa "Liqa1-ə bu il yüksələn və bu mövsümün fasiləsinə 15-ci yerdə yollanan Loran Batles artıq "Trua"nın baş məşqçisi deyil.
Fanat.Az xəbər verir ki, Fransa klubunun rəsmi saytı Batleslə yollarını ayırdığını rəsmən elan edib.
Əməkdaşlığın qarşılıqlı razılıq əsasında dayandırıldığını bildirən klubun açıqlaması belədir: “Klub və məşqçi Loran Batles bu gün qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoymaq qərarına gəldilər. Konstruktiv müzakirələrin sonunda, mövsümün hərtərəfli təhlili nəticəsində işbirliyinin davam etdirilməməsi razılaşdırıldı. 2019-cu ilin iyununda "Sent-Etyen"dən gələn Loran Batlesin məşqçi kimi böyük uğurlar qazanıb. Klubumuz onun sayəsində 2020-2021 mövsümünün sonunda "Liqa 2"-dən elitaya yüksəlib. Buna görə ona təşəkkür edir və karyerasının qalan hissəsində uğurlar arzulayırıq".
Qeyd edək ki, yeni məşqçi təyinatı baş tutana qədər komanda müvəqqəti olaraq Erik Mombertsə tapşırılıb.