Frank Riberi yenidən Türkiyədə çıxış edə bilər. Fanat.Az xəbər verir ki, bu barədə "France Football" mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Bavariya"nın 34 yaşlı futbolçusu Super Liqa klubları ilə transfer danışıqlarına başlayıb. Onun danışıqlar apardığı klubların adları açıqlanmır.
Qeyd edək ki, Riberi 2004/05 mövsümündə "Qalatasaray"da çıxış edib. İstanbul klubu "Mets"dən 5 milyon avroya aldığı futbolçunu 6 ay sonra "Marsel"ə pulsuz buraxmağa məcbur olmuşdu. "Barariya" isə onu 2007-ci ildə 23 milyon avroya transfer edib. Almaniya klubunda indiyədək 361 rəsmi oyuna çıxan Riberi 112 qol vurub və 174 məhsuldar ötürmə edib.
Fanat.Az