Frank "Ayntraxt" üzərində qələbəni belə dəyərləndirdi

Frank "Ayntraxt" üzərində qələbəni belə dəyərləndirdi

"Tottenhem"in baş məşqçisi Tomas Frank UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci - sonuncu turunda "Ayntraxt" üzərində səfərdə qazandıqları qələbəni (2:0) şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı saytı belə çatdırıb:

"Oyundan və qələbədən çox razıyam. Matç ərzində meydanda yaxşı göründük. Oyuna nəzarət edən tərəf idik. İlk yarıda qol vurmağı planlaşdırsaq da, istəyimizə fasilədən sonra çatdıq. Bir qol da buraxmadığımız üçün sevincliyəm".

Xatırladaq ki, "Tottenhem" Liqa mərhələsini 17 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vuraraq 1/8 finala yüksəlibsə, "24-lüy"ə düşə bilməyən "Ayntraxt" mübarizəni dayandırıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər