"Forbes" ən çox qazananları açıqladı: Messi və Ronaldo neçəncidi?

"Forbes" ən çox qazananları açıqladı: Messi və Ronaldo neçəncidi?
"Forbes" dərgisi 2017-ci ildə əyləncə dünyasında ən çox qazanan 100 nəfərlik siyahını açıqlayıb.
Fanat.Az xəbə verir ki, siyahıya məşhur boksçu Floyd Meyvezer başçılıq edir. Onun təmiz gəliri 285 milyon dollar olub. Amerikalı boksçu ötən il Konor Makqreqorla rinqə çıxmış və bu döyüşdən 550 milyon dollar gəlir əldə etmişdi. O, 205-ci ildə də siyahıya düşmüşdü.
İlk "onluq"da daha 3 idmançı var. Bunlardan biri Vayne Conson 5-ci yeri tutur. 46 yaşlı veteran güləşçi ötən il 124 milyon dollar qazanıb. Onun əliri əsasən aktyorluqdan olub.
"Barselona"nın və Argentina millisinin üzvü Lionel Messi 8-ci pillədə qərarlaşıb. Ötən il klubu ilə müqaviləsini yeniləyən ulduz futbolçunun gəliri 111 milyon dollar olub. Klub ona maaş və imza haqqı olaraq 80 milyon dollar ödəyib. Bununla da Messi dünyanın ən çox qazanan futbolçusu olub. "Adidas"la ömürlük müqavilə imzalayan argentinalının "Gatorade", "Pepsi", "Ooredoo", "Huawei" və "Hawkers"lə də sponsorluq müqaviləsi var.
İlk "onluğ"u Kriştiano Ronaldo qapayır. 9 illik "Real" karyerasını başa vurub "Yuventus"a transfer olunan portuqaliyalı 108 milyon dollar qazanıb. Onun "Nike" ilə ömrünün sonunadək davam edəcək müqaviləsi 1 milyard dollar dəyərindədi.
"Onluq"da həmçinin aktyor Corc Kluni (239 milyon dollar), Kim Kardaşyanın kiçik bacısı Kile Jenner (166.5 milyon dollar), vəkil və TV ulduzu Cudi Şeyndlin (147 milyon dollar), irlandiyalı musiqi qrupu U2 (118 milyon dollar), inglis musiqi qrupu "Coldplay" (115.5 milyon dollar), müğənni Ed Şiran (110 milyon dollar) yer alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər