"Qaziantep BB"nin iki oyunçusu milli komandamıza dəvət olunub. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Vaqif Cavadovla Ufuk Budak avqustun 20-də Özbəkistanla keçiriləcək oyuna dəvət edilib. "Qaziantep BB" futbolçularına uğurlar arzulayıb.
Qeyd edək ki, Vaqif və Ufukla yanaşı, "Qaziantep BB"də Rəhman Hacıyev də çıxış edir.
Fanat.az