Foqts Rusiyaya “casus” göndərdi

Foqts Rusiyaya “casus” göndərdi

Millinin məşqçisi Olaf Yansen sentyabrın 7-də Ramat Qanda keçiriləcək İsrail-Azərbaycan oyununda olmayacaq. Berti Foqts yəhudilər önünə köməkçisiz çıxmağı lazım bilib.

Yansen Rusiyanın Kazan şəhərinə yollanacaq. Çalışdırıcı qrupdakı rəqibimiz Rusiyanın Lüksemburqla ev oyununu izləyəcək. “Casus” yığmamızla eyni gündə meydana çıxacaq ruslar haqda informasiya toplamaq tapşırığı alıb.

Xatırladaq ki, Foqtsun həmyerlisi seçmə mərhələnin əvvəlki oyunlarında da bu tipli səfərlərə çıxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər