Foqts "Ştutqart"ı çalışdaracaq?

Foqts "Ştutqart"ı çalışdaracaq?

"Mən hər gün meydanda məşq keçməkdən yorulmuşam. İndi daha çox hansısa klubda idman direktoru, menecer və ya bunlara oxşar bir vəzifədə çalışmaq xoş olar. Təbii ki, Almaniyada çalışmaq istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Berti Foqts deyib.

Alman çalışdırıcı "Ştutqart"ı çalışdıracağı ilə bağlı xəbərə də münasibət bildirib: "Avtomobilimdən başqa məni "Ştutqart"la heç nə bağlamır (Ştutqart şəhərində yerləşən "Mersedes Benz" şirkətinin mərkəzi zavodunu nəzərdə tutur) Onlarla heç bir əlaqəm olmayıb. Amma bütün təkliflərə açığam".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər