"Kiçik ölkələr indiyə qədər final mərhələlərində iştirak edə bilmirlər. Avropa çempionatının iştirakçılarının 16-dan 24-ə çatdırılması onların qarşısında yaxşı imkanlar açır". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman mütəxəssis FIFA-nın yoldaşlıq oyunları ilə bağlı qərarından narazıdı: "Yoldaşlıq görüşlərinin sayının azaldılması mənim xoşuma gəlmir. Bizim yığmamız kimi komandalara bu, lazımdı. Belə çıxır ki, biz noyabrda yoldaşlıq görüşü keçirə bilməyəcəyik. Belə bir şəraitdə, Azərbaycan yığması rəqiblərlə necə rəqabət apara bilər?".
Fanat.az