Foqts FIFA-nın qərarından şoka düşüb

Foqts FIFA-nın qərarından şoka düşüb

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts FIFA-nın 2026-cı ildən etibarən dünya çempionatında iştirakçı komanda sayının 48-ə yüksəldilməsi barədə qərarına münasibət bildirib.

71 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında qərardan şoka düşdüyünü deyib. Onun fikrincə, FIFA dünya çempionatlarına son qoymaq istəyirsə, elə bu istiqamətdə də davam etməlidir: "Bu, inanılmaz, dəhşətli qərardır. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da getməlidirlər. Qərarı anlaya bilmirəm. Bu, artıq mənim mundialım deyil".

Qeyd edək ki, Berti Foqts Almaniya yığmasında futbolçu kimi 1974-cü ildə dünya, baş məşqçi qismində isə 1996-cı ildə Avropa çempionu titulunu qazanıb. O, 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər