Florentino Peres məhkəmədə qalib gəldi, 1 milyon qazandı

Florentino Peres məhkəmədə qalib gəldi, 1 milyon qazandı

“Real Madrid”in prezidenti Florentino Peres öz  danışıqlarının səs yazısını yayan “El Confidencial” qəzetinə məhkəmədə qalib gəlib. Fanat.Az  AS nəşrinə istinadən xəbər verir ki, Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayımlanıb. Səs yazılarında Peres Kriştianu Ronaldunu və Visente Del Boskeni axmaq, Raul və İker Kasilyası isə dələduz adlandırıb. Lakin bu səs yazıları köhnə olub, sonuncusu isə 2012-ci ildə yazılıb. Peres məhkəmədə qələbənin onun üçün pul qazanmaq üçün deyil, prinsipial məsələ olduğunu göstərmək məqsədi ilə qəzetdən simvolik olaraq 1 avro tələb edib.  Madrid məhkəməsi qəzeti şərəf və ləyaqətinin müdafiəsi hüququnu pozduğuna görə Peresə bir avro  ödəməyə və birbaşa ona aid olan hər hansı audio materialı dərc etməyi dayandırmağa məcbur edib. Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər