"Barselona"nın müdafiəçisi Jerar Martin karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində "Milan" maraqlıdır.
"Qırmızı-qaralar" 23 yaşlı futbolçunu bu ilin yayında heyətiə qatmağa çalışacaqlar. Yazılanlara inansaq, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik Martinin satılması variantına isti yanaşır.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm bütün turnirlərdə 33 matça çıxıb və ümumilikdə 1677 dəqiqə meydanda olub.
Kamil Xudiyev