Flik Jül Kundeni buna görə cəzalandırıb

Flik Jül Kundeni buna görə cəzalandırıb

"Barselona"nın müdafiəçisi Jül Kundenin İspaniya La Liqasının 9-cu turunda "Alaves"ə qarşı keçirdikləri səfər matçında (3:0) start "11-lik"də yer almamasının səbəbi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport"un jurnalisti Toni Xuanmarti yayıb.

Xəbərə görə, Kunde oyundan öncə təşkil edilən toplantıya gecikdiyi üçün baş məşqçi Hans-Diter Flik onun adını start heyətdən çıxarıb. Mənbə sözügedən futbolçunun daha öncə də oxşar hərəkətlə diqqət çəkdiyini və alman mütəxəssis tərəfindən xəbərdarlıq aldığını vurğulayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər