Flik Almaniya millisindən qovuldu

Flik Almaniya millisindən qovuldu

Almaniya Futbol Federasiyası (AFF) milli komandanın baş məşqçisi Hans-Diter Fliki istefaya göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Onun köməkçiləri Markus Sorq və Danni Rohl da yola salınıb.

AFF-nin yaydığı açıqlamada deyilir: “Almaniya milli komandasının son məyusedici nəticələrdən sonra yeni bir stimula ehtiyacı var. Biz ölkəmizdə keçiriləcək Avropa çempionatına qədər nikbinlik və inam ruhunu bərpa etməliyik".

Xatırladaq ki, Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. O, bu komandanı bütövlükdə 25 matça çıxarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər