Vinçenzo İtaliano "Fiorentina"nın yeni baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
43 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin sonuna qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, bir müddət öncə Cennaro Qattuzo "Fiorentina"nın baş məşqçisi təyin olunmuşdu. Lakin 3 həftə sonra klubu tərk etdi.
Xatırladaq ki, 2020/2021 mövsümündə "Fiorentina" A Seriyasında 13-cü yeri tutub.
Emin Şəmsiyev