Finalissimanın iştirakçıları bilindi

Finalissimanın iştirakçıları bilindi

Avropa Çempionatının və Amerika Kubokunun qaliblərinin oynayacağı növbəti Finalissimanın iştirakçıları bəlli olub.

Fanat.Az xəbər verir ki, İspaniya və Argentina həlledici qarşılaşmada üz-üzə gələcəklər.

Finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələn İspaniya komandası Avropa çempionatının qalibi olub.

Argentina millisi isə Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək Amerika Kubokuna sahib çıxıb. 

Finalissima 2025-ci ilin iyun-iyul aylarında baş tuta bilər.

Qeyd edək ki, 2021-ci ildə UEFA və CONMEBOL arasında 2028-ci ilə qədər davam edəcək Anlaşma Memorandumu imzalanıb.

2022-ci ildə ilk Finalissima baş tutub - Argentina millisi Londondakı "Uembli" stadionunda İtaliyanı 3:0 hesabı ilə məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər