Finalissima: Argentina İtaliyanı darmadağın etdi

Finalissima: Argentina İtaliyanı darmadağın etdi

Bu gün son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milliləri üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, "Finalissima" adlanan matç Londondakı "Uembli" stadionunda baş tutub. 

Qarşılşamada əlavə vaxt oynanılmayacağı, əsas vaxtda qalib müəyyənləşməyəcəyi halda, birbaşa penaltilər seriyasına keçiləcəyi öncədən bəlli idi. Ancaq cənubi amerikalılar görüşün taleyini əsas vaxtda həll edib. İtaliyanın qapısına 3 cavabsız qol vuran Lionel Messi və komanda yoldaşları Finalissimanın qalibi adını qazanıb.

Qeyd edək ki, bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

Finalissima

1 iyun

İtaliya - Argentina 0:3

Qollar: Martines, 28. Di Mariya, 45+1. Paulo Dibala, 90+4.

Baş hakim: Pyero Masa (Çili)

London, "Uembli" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər