Finalın adı: Serena - Kerber

Finalın adı: Serena - Kerber
Avstraliya Açıq Tennis Turnirində qadınların yarışında finalçılar müəyyənləşib. Fanat.az xəbər verir ki, mövsümün ilk "Qrand Slam"ını qazanmaq üçün Serena Uilyams Angeliqe Kerberlə mübarizə aparacaq.
Dünyanın bir nömrəsi olan Serena yarımfinalda Agnieska Radvanskanı 2:0 hesabı ilə məğlub edib. Reytinq siyahısında 7-ci olan Kerber isə Yohanna Kontaya eyni hesabla qalib gəlib.
Final görüşü yanvarın 30-da baş tutacaq.
Qeyd edək ki, Serena Uilyams indiyədək 6 dəfə Avstraliya Açıq Tennis Turnirinin qalibi olub. O, ötən il 3 "Qrand Slam" mükafatını (Avstraliya Open, Fransa Open, Uimbledon) qazanmış və yalnış ABŞ Açıq Tennis Turnirinin yarımfinalında uduzmuşdu. Amerikalı idmançı indiyədək 21 "Qrand Slam" qazana bilib.
Alman Angeliqe Kerber isə heç bir "Qrand Slam"ı qazana bilməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər