Finalın adı: Nigeriya - Meksika

Finalın adı: Nigeriya - Meksika
Birləşmiş Ərəb Əmirliklərində keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatının finalçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, həlledici qarşılaşmaya Nigeriya və Meksika milliləri vəsiqə qazanıb.
Meksika yarımfinalda Argentinanı 3:0 hesabı ilə yenib. Meksikalılardan Oçao (1-21-ci dəqiqələr) və Qranados (86) fərqlənib. Nigeriya və İsveç arasında baş tutan digər yarımfinal qarşılaşması da eyni hesabla başa çatıb. Afrika təmsilçisinə qələbə qazandıran qollara Avoniyi (21), Okon (80) və Eze (81) imza atıb.
Final və üçüncü yer uğrunda görüşlər noyabrın 8-də baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər