Finalın adı müəyyənləşdi: "Dnepr" - "Sevilya"

Finalın adı müəyyənləşdi: "Dnepr" - "Sevilya"
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, qitənin iki şəhərində iki finalçı müəyyənləşib.
"Qarabağ"ın qrupda rəqibi olmuş "Dnepr" "Napoli"ni qəbul edib. İtaliya səfərindən 1:1 hesablı heç-heçə ilə dönən Ukrayna klubu evdə qələbə qazanaraq həlledici matça vəsiqə qazanıb - 1:0. Beləliklə "Dnepr" tariхində ilk dəfə avrokuboklarda finala çıхıb. 
"Fiorentina" isə "Sevilya"nı qəbul edib. İlk oyunda 3:0 hesablı qələbə qazanan ispanlar yenə meydandan qalib ayrılıb - 2:0. İki oyunun nəticəsinə görə 5:0 hesablı qələbə qazanan "Sevilya" ardıcıl ikinci dəfə finala çıхıb. La Liqa klubu ötən mövsümdə də finalda iştirak etmiş və penalti seriyasında "Benfika"ya qalib gələrək kuboku muzeyinə aparmışdı. "Sevilya" ümumilikdə 3 dəfə Avropa Liqanın qalibi adını qazanıb (2005/06, 2006/07, 2013/14
Avropa Liqası
1/2 final
Cavab oyunları
14 may
Dnepr (Ukrayna) - Napoli (İtaliya) 1:0
Qol: Yevgeni Seleznev, 58.
Dnepr: Denis Boyko, Yevgeni Çeberyaçko, Duqlas Silva, Artem Fedetski, Jaba Kankava, Yevgeni Konoplyanka (Bruno Qama, 86), Leo Matos, Valeri Luçkeviç (Mateus Leyte. 67), Valeri Fedorçuk, Ruslan Rotan, Yevgeni Seleznev (Nikola Kaliniç, 75).
Ehtiyat oyunçular: Jan Lastuvka, Aleksandru Vlad, Roman Bezus, Yevgeni Şaxov.
Baş məşqçi: Miron Markeviç.
Napoli: Mariano Anduyar, Migel Britos, Kristian Maggio, Faouzi Qulam, Raul Albiol, David Lopes (Henrike, 79), Gökhan İnler, Jose Maria Kallejon, Qonzalo Hiquayn, Manolo Qabbiadini (Marek Hamşik, 55), Lorenzo İnsigne (Dries Mertens, 61).
Ehtiyat oyunçular: Rafael Kabral, Kalidu Kulibali, Jorginyo, Valter Qarqano.
Baş məşqçi: Rafael Benites.
Sarı vərəqələ: Leo Matos, 23. Artem Fedetski, 44. Yevgeni Seleznev, 70. Jaba Kankava, 75. Mateus Leyte, 85 - Manolo Qabbiadini, 27. Faouzi Qulam, 81. Jose Maria Kallejon, 86. 
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç, Deyan Petroviç (Serbiya).
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Deyan Filipoviç (Serbiya).
Kiyev. Olimpiya stadionu.
Fiorentina (İtaliya) - Sevilya (İspaniya) 0:2
Qollar: Karlos Bakka, 22. Daniel Karriso, 27.
Fiorentina: Neto, Qonzalo Rodriges, Stefan Saviç, Joze Basanta (Manuel Paskual, 46), Markos Alonso, David Pizarro, Matias Fernandes (Milan Badely, 67), Joaquin Rodriges, Borya Valero (Andrea Lazzari, 85), Yosip İliciç, Məhəmməd Salah.
Ehtiyat oyunçular: Kiprian Tatarusanu, Alberto Aquilani, Federiko Bernardesçi, Mario Qomes.
Baş məşqçi: Vinçenzo Montella.
Sevilya: Serxio Riko, Benoit Tremoulinas, Daniel Karriso, Timote Kolodjeçak, Koke, Georgio Kriçovyak, Ever Baneqa (Visente İborra, 55), Vitolo Maçin (Jose Antonio Reyes, 74), Stepan M`bia, Karlos Bakka (Kevin Qameyro, 70), Aleiks Vidal.
Ehtiyat oyunçular: Beto, Fernando Navarro, Dieqo Fiqueyras, Denis Suares.
Baş məşqçi: Unai Emeri.
İstifadə olunmayan penalti: Yosip İliciç, 67.
Sarı vərəqələr: David Pizarro, 21. Stefan Saviç, 26. Borya Valero, 49 - Ever Baneqa, 34.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Andraş Kovaciç (Sloveniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinciç (Sloveniya).
Florensiya. Artemio Françi stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər