Cənubi Amerikada keçirilən Libertadores Kubokunda ikinci finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Braziliya təmsilçisi "Santos" yarımfinalın ikinci oyununda Argentinanın "Boka Xuniors" klubunu 3:0 hesabı ilə yenib. Komandalar arasındakı ilk görüşdə qapılara qol vurulmadığından, braziliyalılar finala yüksəlib.
Qeyd edək ki, Libertadores Kubokunun finalında Braziliya derbisi baş tutacaq. Belə ki, "Santos"un rəqibi "Palmeyras" olacaq. Final görüşü yanvarın 30-da keçiriləcək. Beləliklə, tarixdə üçüncü dəfə Libertadores Kubokunun finalında Braziliyanın iki təmsilçisi mübarizə aparacaq.