Tacikistan millisi baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, Petar Şeqrt müqavilə müddəti başa çatdığı üçün postunu tərk edib.
Bu barədə ölkə futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
57 yaşlı mütəxəssis 2022-ci ilin yanvarından Tacikistan millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə Asiya Kubokunun 1/4 finalına yüksəlib və burada İordaniyaya 0:1 hesabı ilə məğlub olub. Hansı ki, İordaniya daha sonra finala qədər irəliləyib və həlledici oyunda yarışa ev sahibliyi edən Qətərə uduzub - 1:3.
Ümumilikdə Şeqrtın rəhbərliyi altında Tacikistan millisi 24 oyun keçirib, bu matçlar 11 qələbə qazanıb, 6 məğlubiyyət alıb. Yeddi oyunda bərabərlik qeydə alınıb.