"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden Premyer Liqanın 32-ci turunda keçiriləcək "Liverpul"la matç barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 21 yaşlı futbolçunun fikirlərini belə çatdırırb:
"Çempionluq uğrunda mübarizə aparan və turnir cədvəlində çox yaxın olan iki komanda mübarizə aparacaq. Bu, bütün oyunçuların iştirak etmək istədiyi böyük matçdır. Hər iki komanda çempionluq uğrunda gərgin mübarizə aparır və bu mübarizə bizim oyundan sonra da bitməyəcək.
İnanıram ki, mövsümün sonuna qədər daha çox eniş-yoxuş olacaq. Bu görüşün həlledici olacağını düşünmürəm. Premyer Liqanı ən çətin çempionat hesab edirəm. Ümid edirəm ki, sabahkı matçın nəticəsindən asılı olmayaraq çempionluğa əsas namizəd bu oyundan sonra bəlli olmayacaq".
Emin