Fil Dişi Sahili yığmasından unikal rekord

Fil Dişi Sahili yığmasından unikal rekord

Afrika Millətlər Kubokunun finalında Nigeriyanı məğlub edən (2:1) Fil Dişi Sahili yığması turnirin tarixinə düşüb.

Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, sözügedən yığma turnirin gedişində baş məşqçisini işdən çıxararaq Afrika Millətlər Kubokunu qazanan ilk komanda olub.

Turnir zamanı Fil Dişi Sahili baş məşqçi Jan-Lui Qassı istefaya göndərib. Onun qovulmasından sonra komandaya Emerse Fae rəhbərlik edirdi.

Həmçinin, Fil Dişi Sahili komandası öz qrupunda üçüncü yeri tutan və turnirin qalibi olan ilk komanda olmaqla unikal rekorda imza atıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər