Fil Dişi Sahili millisinin üzvü Türkiyə nəhənginə keçməyəcək - SƏBƏB

Fil Dişi Sahili millisinin üzvü Türkiyə nəhənginə keçməyəcək - SƏBƏB

İngiltərənin "Nottinqem Forest" klubunun 31 yaşlı müdafiəçisi Serj Oryenin Türkiyə nəhəngi "Qalatasaray"a keçidi reallaşmayacaq.

Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, tərəflər ödəniş şərtləri ilə bağlı ortaq məxrəcə bilməyiblər.

Fil Dişi Sahili millisinin üzvü 2022-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. Orye bu mövsüm Premyer Liqada 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Onun "Nottinqem Forest" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər