Beynəlxalq Əfv Təşkilatı FIFA-ya xəbərdarlıq edib. Fanat.az xəbər verir ki, DÇ-2022-nin təşkil olunacağı Qətərdəki inşaatların tikintisində təhlükəsizlik qaydalarına əməl edilməməsidi.
Beynəlxalq Əfv Təşkilatının araşdırmaları zamanı məlum olub ki, Qətərdə işləyən nepallı işçilər 45-50 dərəcə istinin altında hər gün 12 saat çalışır. Bu isə insanların həyatını təhlükə altında qoyur. Bu azmış kimi işçilərin çoxuna maaşları normal şəkildə verilmir. Ağır şəraitdə çalışanlar arasında ölüm faktları çoxalır.
Təşkilat FIFA-dan daha diqqətli olmağı tələb edib: "Bu şərtlər altında çalışan insanlar gözardı edilməməlidi. Buna icazə verənlər mütləq cəzalandırılmalıdı".
Fanat.az