FİFA-ya rüşvət təklif edən PSJ prezidenti məhkəmə qarşısında

FİFA-ya rüşvət təklif edən PSJ prezidenti məhkəmə qarşısında

PSJ-nin prezidenti Nasser Əl-Xelayfi bu həftə İsveçrədə apellyasiya məhkəməsi qarşısına çıxacaq. 

Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, "BeIN Media Group"un da prezidenti olan Əl-Xelayfi rüşvət təklif etməkdə ittiham olunur. 

O, 2026 və 2030-cu il Dünya Kuboklarının yayım hüquqlarını öz telekanalına almaq üçün FİFA-nın baş katibi Jerom Valkeyə rüşvət təklif etməkdə şübhəli bilinir.

FİFA rəsmsi və PSJ prezidenti  2020-ci ildə baş tutan ilk məhkəmə prosesində bəraət alıb. Lakin o zaman Əl-Xelaifiyə qarşı şərti həbs cəzası istəyən İsveçrə prokurorları 48 yaşlı funksionerdən apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, qətərli klub sahibinin növbəti məhkəməsi bu həftə keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər