FİFA-ya prezident seçkisinin tarixi açıqlandı

FİFA-ya prezident seçkisinin tarixi açıqlandı

FIFA prezidentinin seçkisi qurumun 2023-cü ildə keçiriləcək 73-cü Konqresi çərçivəsində keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə beynəlxalq futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Seçki təqvimi, o cümlədən qurultayın rəsmi tarixi təsdiq edilib.

Seçki dövrünə 2022-ci il martın 31-də start veriləcək. FIFA-ya üzv assosiasiyalar tərəfindən FİFA prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi üçün son tarix konqresə dörd ay qalmış, təklif edilən və qəbul edilmiş namizədlərin adları ilə bağlı assosiasiyalara bildiriş üçün son məhlət isə konqresə bir ay qalmışdır.

FİFA-nın hazırkı prezidenti Canni İnfantinodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər