Cənubi Amerikanın Futbol Konfederasiyası (KONMEBOL) futbol üzrə dünya çempionatının iki ildən bir keçirilməsi təklifinə etiraz edib.
Fanat.Az xəbər verir ki, bu barədə KONMEBOL-un rəsmi saytında məlumat verilib:
Bəyanatda deyilir:
“KONMEBOL Şurası şəxsi iclasında Dünya Kubokunun iki ildən bir keçirilməsi təklifini bir daha təhlil etdi və aşağıdakıları qeyd etməyi zəruri hesab etdi:
1) FİFA tərəfindən irəli sürülən dəyişiklik üçün heç bir səbəb, üstünlük və ya əsaslandırma yoxdur. Bununla bağlı KONMEBOL-a üzv olan on ölkələr iki ildən bir keçirilən dünya çempionatında iştirak etməyəcəklərini təsdiqlədi.
2) Sözügedən layihə planetin ən mühüm idman hadisələrindən birinin tarixinə məhəl qoymadan, az qala 100 illik dünya futbol ənənəsindən döndərir. KONMEBOL şərtləri və təsnifat sistemləri ilə hazırki Dünya Kuboku formatını saxlayır. Biz atletik performansa və səy, istedad və öhdəliklərə görə mükafat verən komandalara əsaslanan hazırki modeli uğurlu hesab edirik."
Xatırladaq ki, bir müddət öncə Şimali Amerika ölkələri də bu təklifə narazılıq bildirmişdi.
Emin Şəmsiyev