FIFA türk klubunun 21 xalını sildi

FIFA türk klubunun 21 xalını sildi
Son illərdə maliyyə böhranından qurtula bilməyən və 3 mövsüm əvvəl 28 il fasiləsiz çıxış etdiyi Super Liqanı tərk edən "Qaziantepspor" daha bir zərbə alıb.
Fanat.Az xəbər verir ki, FIFA 3 il əvvəl Super Liqadan BAL-a (Regional Həvəskarlar Liqasına) düşürülən Qaziantep təmsilçisinin 21 xalını silib. Buna səbəb "Qaziantepspor"un keçmiş futbolçuları Anton Putsila, Bart van Hintum, Sergey Kislyaka və "St. Pauli" klubuna olan borclarını ödəməməsi olub. 
Mövsümün ilk turunda "Kahta 02 Spor"a 0:8 hesabı ilə yenilən Qaziantep təmsilçisinin hazıda -21-lə turnir cəvdəlinin son pilləsindədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər