FIFA Tovuz üçün 1.4 milyon manat ayıracaq

FIFA Tovuz üçün 1.4 milyon manat ayıracaq
"Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün maliyyə mənbəyi tapılıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə məlumat AFFA-nın İcraiyyə Komitəsində verilib.
Bildirilib ki, akademiya üçün vəsaiti FİFA ayıracaq. Bunun üçün 1 illik 400 min manat vəsait tələb olunur. 
Bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müraciət ünvanlanıb. Layihə FİFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində "Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FİFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər