FİFA təşkilatçı ölkənin adını açıqladı

FİFA təşkilatçı ölkənin adını açıqladı

Futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı bəlli olub. 

Fanat.Az xəbər verir ki, turnir 2022-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Qərar FİFA Şurasının iclasında qəbul edilib. Turnirin dəqiq tarixi sonra açıqlanacaq.   Daha öncə Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə bu turnirin təşkilatçılığından imtina etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər