FİFA DÇ-2022-də futbolçuların iştirakına görə Rusiya klublarına ödənilən məbləği açıqlayıb.
Fanat.Az xəbər verir ki, klublara futbolçularının 2022-ci il dünya çempionatında çıxışına görə ödənişlər barədə məlumat FİFA-nın rəsmi saytında dərc olunub.
Rus klubları FİFA-dan ümumilikdə 1 milyon 229 min 196 dollar alıblar.
Ən çox qazanan "Zenit" olub - 476 343 dollar. Sonrakı yerləri “Dinamo” (361,364), "ÇSKA" (159,693), “Rubin” (91,253), “Lokomotiv” (80,303) və “Krasnodar” (60,227) tutur.
Xatırladaq ki, 2022-ci il dünya çempionatı Qətərdə keçirilib. Turnirin qalibi finalda Fransanı penaltilər seriyasında məğlub edən Argentina olub.
Mirağa