FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, ötən ay heç bir oyun keçirməyən Azərbaycan yığması siyahıda irəliləyib.
Belə ki, millimiz 108-ci pillədən 112-ci yerə yüksəlib. Komandamızın aktivindəki xallar da 296-dan 300-ə yüksəlib.
Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya və San-Marinonun yeri dəyişməz qalıb. Şimali İrlandiya 1 pillə irəliləyibsə, Norveç mövqeyini əldən verib, 1 addım geriləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
4 (4). Almaniya - 1355
25 (25). Çexiya - 861
28 (29). Şimali İrlandiya - 833
51 (50). Norveç - 594
198 (198). San-Marino - 28
Martın 26-da millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan isə 6 pilləlik sıçrayışa nail olub. Hesabını 10 xal artırıb, 276-ya çatdıran rəqibimiz 125-ci yerə qalxıb.
İlk "onluq"da heç bir dəyişiklik baş verməyib. Siyahıya Belçika başçılıq edir. Növbəti iki pilləni Argentina və İspaniya milliləri tutur. "Onluq"da həmçinin Almaniya, Çili, Braziliya, Portuqaliya, Kolumbiya, İngiltərə və Avstriya yer alıb.
Qardaş Türkiyə yığması 943 xalla siyahıda 20-ci yerdə qərarlaşıb.
Fanat.az