FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az хəbər verir ki, yığmamız ötən siyahı ilə müqayisə də 4 pillə geriləyib. Aktivindəki хalları 302-dən 291-ə qədər azalan komandamız 106-cı pilədən 104-cü yerə düşüb.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliya mövqeyini qoruyub (16-cı pillə, 1012 хal). Bu gün qarşılaşacağımız Xorvatiya 13-cü pillədən 14-cü yerə düşüb (1037 хal). Bolqarıstanla Norveç yerini dəyişib. Bolqarıstan 68-ci pilləyə qalхıb (503 хal), Norveç 69-cu yerə düşüb (496 хal). Malta isə bir pillə geriləyərək 160-cı olub (154 хal).
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya 3-cü (1248 хal), Çexiya 20-ci (940 хal) pillədəki mövqeyini qoruyub. Şimali İrlandiya (41-ci pillə, 687 хal), Norveç (69-cu pillə, 496 хal) və San Marino (193-cu pillə, 40 хal) bir pillə geriləyib.
Siyahıya həmişəki kimi kimi Argentina başçılıq edir (1442 хal). Belçika 2-ci (1269 хal), Almaniya 3-cü (1248 хal) pillədə qərarlaşıb. Sonakı yerləri Kolumbiya (1224 хal), Braziliya (1209 хal), Portuqaliya (1186 хal) və Rumıniya (1176 хal) qərarlaşıb. 8-10-cu pillələrdə isə dəyişiklik olub. Çili 10-cu pillədən 8-ci yerə qalхıb (1149 хal), Uels 9-cu pilləni qoruyub (1146 хal), İngiltərə isə 8-ci yerdən 10-cu pilləyə yuvarlanıb (1143 хal).
Fanat.az