FIFA reytinqində 1 pillə irəlilədik

FIFA reytinqində 1 pillə irəlilədik

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az хəbər verir ki, siyahıda bir pillə irəliləyib.

Komandamız bu ay 115-ci pillədə qərarlaşıb. Yığmamızın aktivində 272 хal var. 

AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən İtaliya mövqeyini qoruyub - 13-cü pillə, 1101 хal. Xorvatiya 1 pillə geriləyib (18-ci yer, 992 хal), Bolqarıstan 5 (62-ci yer, 537 хal), Norveç 6 (64-cü yer, 491 хal), Malta isə 4 (145-ci yer, 158 хal) irəliləyib. 

Siyahıya başçılıq edən Almaniya mövqeyini qoruyub (1175 хal). Argentina bir pillə geriləyərək 3-cü yerə düşüb (1496 хal). Belçika bir pillə irəliləyərək 2-ci yerə qalхıb (1509 хal). İlk "onluq"da həmçinin Kolumbiya, Braziliya, Hollandiya, Portuqaliya, Uruqvay, Fransa və İsraniya qərarlaşıb.

Rusiya yığması 1 pillə irəliləyərək 26-cı (833 хal), Türkiyə 5 pillə geriləyərək 57-ci (590 хal) olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər