FIFA rəsmisi saxlanıldı

FIFA rəsmisi saxlanıldı
Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FIFA-nın Etika komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.
Fanat.Az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
 
O, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.
Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb. 
Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək. 
S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər