FİFA referisinin oğluna kömək lazımdır - FOTO

FİFA referisinin oğluna kömək lazımdır - FOTO
Azərbaycanlı FİFA referisi Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir.
Fanat.az xəbər verir ki, 4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdır. 
Onun beyninə su yığılır. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemətin yaşaması üçün Moskvada əməliyyat olunması lazımdır. Lakin valideynlərinin buna imkanı çatmır.
Bu barədə danışan referi Orxan Məmmədov hazırda əməliyyat üçün lazımı məbləği toplamağa çalışdığını bildirib: "Azərbaycanda həkimlər onun artıq müalicəsinin mümkün olmadığını bildiriblər. Amma oğlum Moskvada endoskopiya olmalıdır. Bundan sonra müalicəsi davam etdirilə bilər. Bunun üçün maddi yardıma ehtiyacım var”.
Ona yardım etmək üçün bank hesabı da mövcuddur. Qeyd edək ki, hesaba "Milliön" ödəmə aparatları vasitəsiylə də ödəniş etmək mümkündür.
FİFA referisinin oğluna kömək lazımdır - FOTO
FİFA referisinin oğluna kömək lazımdır - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər