FIFA referisi kubokda

FIFA referisi kubokda

Sabah Azərbaycan Kubokunda 2016/17 mövsümünə start veriləcək. Fanat.Az xəbər verir ki, 1/16 final mərhələsində 4 komanda mübarizəyə başlayacaq.

I divizion klublarının yarışacağı mərhələdə 2 oyun baş tutacaq və qaliblər 1 matçda müəyyənləşəcək. Artıq oyunlara təyinatlar açıqlanıb.

"Turan Tovuz" - "Bakılı" cütünün qalibi 1/8 finalda "Zirə", "Şəmkir" - "Qaradağ Lökbatan" cütünün qalibi "İnter"lə qarşılaşacaq.

12 oktyabr

Turan Tovuz - Bakılı

Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov.

AFFA nümayəndəsi: Namiq Qasımov.

Hakim-inspektor: Qurban Məmmədov.

Tovuz şəhər stadionu. Saat 14.00.

Şəmkir - Qaradağ Lökbatan

Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Hakim-inspektor: Rüfət Əliyev.

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər