21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda keçiriləcək Qazaxıstan–Monteneqro oyununun baş hakimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı FİFA referimiz Rəhim Həsənov idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qazaxıstan–Monteneqro matçı sentyabrın 3-də Almatı şəhərindəki Mərkəzi stadionunda keçiriləcək.
Fanat.Az