FİFA referimiz Türkiyənin oyununu idarə edəcək

FİFA referimiz Türkiyənin oyununu idarə edəcək

FİFA referisi Əliyar Ağayev daha bir təyinat alıb. Apasport.az saytının Türkiyənin Cihan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, gənc hakimimiz Özbəkistanda yoldaşlıq oyunu idarə edəcək.

Belə ki, Ağayev avqustun 14-də Daşkəndin “Paxtakor” stadionunda baş tutacaq Özbəkistan – Türkiyə matçında baş hakim olacaq. Ona Mehman Mahmudovla Vaqif Musayev kömək edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Əliyar Ağayev bundan öncə iyulun 11-də Minskdə “Dinamo” və Litva “Kruoya”sının oyununu idarə etmişdi. Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab görüşü olan və 5:0 meydan sahiblərinin xeyrinə başa çatan bu matçda istedadlı referi qonaqların qapısına 1 penalti də təyin etmişdi. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər