FIFA referimiz dünya çempionatının yarımfinalında

FIFA referimiz dünya çempionatının yarımfinalında
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı referi "Yaponiya" - "Portuqaliya" matçında üçüncü hakim olacaq. Qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.
Digər yarımfinalda görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək. 
Qeyd edək ki, dünya çempionatının finalı dekabrın 1-də olacaq. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər