FIFA referimiz Avropa çempionatının seçmə mərhələsinə təyinat aldı

FIFA referimiz Avropa çempionatının seçmə mərhələsinə təyinat aldı
Azərbaycanın FIFA referisi Rauf Cabbarov növbəti dəfə beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı referi 21 yaşadək futbolçulardan ibarət Estoniya və Latviya yığmaları arasında "AVRO-2021"in seçmə oyununu idarə edəcək.
Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Rza Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 11-də Estoniyanın Pyarnu şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:15-də başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər