FIFA referiləri təyinat almadı

FIFA referiləri təyinat almadı

Topaz Premyer Liqasının XXXII turunun oyunlarını idarə edəcək hakimləri açıqlanıb. Fanat.az хəbər verir ki, turun mərkəzi oyunu olan "Qəbələ " - "Qarabağ" matçı Elvin Əsgərova tapşırılıb.

FIFA referisi Orхan Məmmədov "Neftçi" - "Sumqayıt" oyununda fit çalacaq. Fariz Yusifov "Simurq" - "İnter" oyununu, Ömər Paşayev "Bakı" - "Xəzər Lənkəran" matçını idarə edəcək.

Qeyd edək ki, FIFA referilərindən Əliyar Ağayevlə Rəhim Həsənov bu turda təyinat almayıb.

1 may

Simurq - İnter

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.

Zaqatala şəhər stadionu. Saat 17.00.

Neftçi - Sumqayıt

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov.

"Bakcell Arena". Saat 20.00.

2 may

Bakı - Xəzər Lənkəran

Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev.

"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 17.00.

Qəbələ - Qarabağ

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev.

Qəbələ şəhər stadionu. Saat 19.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər