FIFA "Qızıl top"a namizədləri açıqladı

FIFA "Qızıl top"a namizədləri açıqladı
FIFA "Qızıl top"a namizəd olan 59 futbolçudan ibarət siyahını açıqlayıb. Fanat.az xəbər verir ki, nüfuzlu mükafata iddiaçılar 25 ölkəni təmsil edir.
Ən çox təmsilçi Argentinadandı. Bu ölkədən Serxio Aqüero, Xavyer Maskerano, Lionel Messi, Nikolas Otamendi, Xavyer Pastore və Karlos Teves mübarizə aparacaq. Çili və İspaniyadan hərəyə 5 oyunçu siyahıya düşüb. Bunlar Klaudio Bravo, Aleksis Sançes, Qari Medel, Eduardo Varqas, Arturo Vidal və Dieqo Kosta, David de Xea, Andreas İnyesta, Alvaro Morata, Serxio Ramosdu. 
Jurnalistlər, məşqçilər və oyunçuların seçiminə əsasən, növbəti mərhələyə 59 futbolçudan 23-ü, final mərhələsinə isə 3 ən yaxşısı çıxacaq. Mükafatlandırma mərasimi 11 yanvar 2016-cı ildə olacaq. 
Qeyd edək ki, ötən il "Qızıl top"u Portuqaliya millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Kriştiano Ronaldo qazanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər