FIFA "İlin məşqçisi"nə 3 namizəd saxladı

FIFA "İlin məşqçisi"nə 3 namizəd saxladı
FIFA "İlin məşqçisi" mükafatına son 3 namizədin adını açıqlayıb. Fanat.az xəbər verir ki, hazırda "Çelsi"yə başçılıq edən Joze Mourinyo və İspaniya yığmasının baş məşqçisi Visente Del Boske mükafatı qazanmaq imkanını itirib.
İlk üçlüyə məşqçi karyerasını bitirərək "Mançester Yünayted"dən ayrılan Aleks Ferqyuson (Şotlandiya), "Bavariya"nın baş məşqçisi Jupp Heynkes (Almaniya) və Dortmund "Borussiya"sını çalışdıran Yurgen Klopp (Almaniya) düşüb.
Qadın futbolunda isə "Volsburq"un baş məşqçisi Ralf Kellermann (Almaniya), Almaniya yığmasının çalışdırıcısı Silviya Neyd (Almaniya) və İsveç millisinə başçılıq edən Pia Sundhage (İsveç) mükafatı qazanmağa namizəddi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər